Parisdə iğtişaşlar zamanı 30 nəfər saxlanılıb


Dünya 29 Fev 2020 08:29:00 109 0

Parisdə iğtişaşlar zamanı 30 nəfər saxlanılıb

Parisdəki Lion vağzalında baş verən iğtişaşlar zamanı ən azı 30 nəfər saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə şəhər prefekturası bildirib.

Bundan əvvəl vağzalın yerləşdiyi Bersi küçəsində iğtişaşların baş verdiyi bildirilmişdi. Polis onlara son qoymaq üçün müdaxilə etmişdi. Bundan əlavə, vağzalın yaxınlığında binanın boşaldılmasına səbəb olduğu yanğının olması barədə məlumatlar verilib.

Prefektura həmçinin qeyd edir ki, saat 19.00-a qədər hüquq-mühafizə orqanlarına dair 54 hesabat tərtib edilmişdir.