Çində koronavirus qurbanlarının sayı 2835ə çatıb


Dünya 29 Fev 2020 07:34:00 110 0

Çində koronavirus qurbanlarının sayı 2835ə çatıb

Çində yeni koronavirus qurbanlarının sayı 2835 nəfər təşkil edib, 39 mindən çox insan sağalıb, 79,2 mindən çox insan virusa yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Çinin Gigiyena və Sağlamlıq üzrə Dövlət Komitəsi bildirib.

Yenilənmiş məlumatlara görə, ölkədə koronavirusdan rəsmi ölüm göstəricisi bir gün əvvəl 3,53% əvəzinə 3,57% təşkil edib. Hər gün qeydə alınan yeni yoluxma hadisələrinin sayı 100 artaraq 427, son bir gündə qeydə alınan ölüm hadisələrinin sayı 3 dəfə artaraq 47-ə çatıb.

Bölgələr arasında mərkəzi Hubei əyaləti yoluxmuşların sayına görə birinci yerdədir, burada 66,3 min nəfərin virusa yoluxması qeydə alınıb, onlardan 2.7 mindən çoxu ölüb və təxminən 28.8 min insan sağalıb.