Özünü tanımağa çalışan həyat yolçusu


Digərləri 29 Fev 2020 07:00:00 169 0

Özünü tanımağa çalışan həyat yolçusu

Nil Karaibrahimgil: "Heç bir imza qırılan iki qəlbi birlikdə tuta bilməz"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

İfa etdiyi mahnıları ilə böyük tamaşaçı sevgisi qazanıb. Özünəməxsus dəsti-xətti, üslubu və həyata baxış tərzi var. Səsləndirdiyi mahnılarının sözlərini özü yazır və bəstələyir. Mahnıları ilə sanki öz nağıl dünyasını insanlara göstərməyə çalışır. Türkiyənin tanınan və sevilən sənətçisi Nil Karaibrahimgil "Posta" qəzetinin müxbiri ilə görüşüb. İfaçı müsahibəsində hər yaş dönəmində fərqli Nillə tanış olduğunu deyir. 

- Nil Karaibrahimgil əslində kimdir?

- Bu yaşıma qədər özümə ən çox verdiyim suallardan biridir. İndi siz bu sualı mənə verirsiniz. Hələ ki, özünü tanımağa çalışan həyat yolçusuyam. Nələrisə kəşf etməyə çalışıram və öyrəndiklərimin insanlara da xeyri dəyər deyə, tapdıqlarımı onlarla paylaşıram. Əslində mən bir ürək paylayıcısıyam. Hər yaş dönəmində özümdə nəyisə kəşf edirəm. Fərqli situasiyalarla qarşılaşıram və həmin an fərqli reaksiyalar verirəm. Bəzən də özümü musiqi qutusu kimi hiss edirəm. Günün hər hansı bir saatında yeni bir musiqi keçir ağlımdan. Beynim bəstəkarlıq edir, susmur. Bəzən həzin, bəzən də kədərli musiqilər keçir könlümdən. Könlüm hər zaman musiqi ritmləri kimi coşqundur. 

- Deyirsiniz ki, kral və kraliçaların  dalınca deyil, xəyallarınızın arxasınca qaçın. Bunu deyən insan uzun müddətdir ki, eyni insanla eyni istiqamətdə qanad çırpır.

- Bəli eyni istiqamətdə, eyni amal uğrunda qanad çırpırıq. Cavab da əslində burdadır. Sərdarla bir həyatı yaşayır, həyatımızı gözəlləşdirməyə, çoxaltmağa, anlam qatmağa çalışırıq. Hər zaman deyirəm ki, Sərdar mənim ayaqlarım, mən onun qanadlarıyam. Evlilik ildönümündə bunu yazıb ona hədiyyə etmişdim.    - "Mən uçmağı bilirəm, o isə yeriməyi" deyirsiniz,  bununla nə demək istəyirsiniz?

- Bildiklərimizi bir-birimizə izah etməyə çalışırıq. Sərdarı tapanda anladım ki, ömür boyu o insanı axtarmışam. Onunla birlikdə nələrsə etmək, eyni yöndə qanad çalmaq bizi yan-yana qalmağa vadar edir.   - Siz nə edirsinizsə, edin, bu, topluma hər zaman yaxşı təsir bağışlayır. Sanki mahnılarınızla insanlara nağıl danışırsınız.

- İnsanlara nağıl danışmağı çox sevirəm. Mən insanların dərdinə məlhəm olmaq üçün çalışıram. O məlhəmi mahnılarımda tapanda, onu tamaşaçılarla paylaşıram. Paylaşdıqlarım sizə nağıl təsiri bağışlayırsa, nə xoş mənə. Həyatda insanlara yaxşı və gözəl bir hiss bəxş edə bilirəmsə, "bir günü də boşuna yaşamadım" deyərək rahat nəfəs alıram. Bunun qarşılığı insanları nağıl dünyasına aparmaqdır. Mən bunu təcrübədən keçirməyə çalışdım. Nağıllara heyranam və nağıl danışmağı çox sevirəm. Oğlumla birlikdə nağıllar dünyasını səyahət etdirəm. Hətta hazırda "Min bir gecə" nağıllar kitabını oxuyuram. Hər axşam "Danış, Şəhrizad" deyib yuxuya dalıram.    - Dediklərinizə özünüz inanırsınızmı, yoxsa özünüzü aldatmaq üçünmü nağıllar aləminə səyahət edirsiniz?

- Hər zaman danışdıqlarım yaşadıqlarımdan bir addım öndə olub. Əlbəttə ki, dediklərimə inanıram. Özümə yalan söyləyə bilmərəm. İnsanları razı salmağa, ilham verməyə çalışıram. Düşüncələrimin ipini əlimə aldımmı, edə bilməyəcəyim heç nə yoxdur. Onlar səni kukla etmədən, sən onları şəkilləndirə biləcəyini görəndə, həyatını dəyişdirə biləcəyinin fərqinə varırsan.    - Sizcə, ana olandan sonra qadınların həyatı ikiyə ayrılır?

- Məncə, ayrılır. Bir insanı qarşılamaq, onun ruhunu öz yaralarından uzaq tutaraq qorumağa çalışmaq dünyanın ən çətin işi imiş. Hər gün  övladımdan yeni bir şey öyrənirəm, ən əsası özümü tanıyıram və onunla sevginin başqa bir formasının da olduğunu görürəm. Sevmək başqa bir şey imiş, mənim zənn etdiyim bir şey deyilmiş.    - Artıq cəsur bir qadınsınızmı?

- Əlbəttə ki, özümü indi daha cəsur hiss edirəm. Ötən il iki il fasilə verdikdən sonra ayağıma uzunboğaz çəkmə geyinib özümü dağlardan aşağı buraxan zaman bu gücü hiss etdim. Bəlkə də ruhumun əzələlərini analıq hissi gücləndirib. Çox tədbirli, qaşları davamlı olaraq çatılan, düyünlənən bir ana olmaq istəmirəm.    - Bir ana olaraq oğlunuza qadınlarla bağlı nələr danışırsınız?

- Qadınlar və kişilər deyə heç bir  ayrı-seçkilik etmirəm.  Bu barədə sual verəndə isə tək fərqimizin, vücudumuzun bəzi üzvlərinin fərqli olduğunu deyərək kifayətlənirəm. Əsas odur ki, qarşısındakı insanı tanısın, ona dəyər versin, qadın-kişi deyə ayrı-seçkilik etməsin. Hətta  baş qəhrəmanı güclü  qadınlar olan nağıllar danışıram. Oğlumun  6 yaşı var və indi çox həssas dönəmidir.     - Onunla ciddi mövzulardan danışırsınızmı?

- Bəzən onunla evdən çıxıb sahilə qədər olan ərazilərdə tullantıları toplayırıq, zibilləri ayrıca bir qaba yığırıq. Həyətimizdə özümüzün yetişdirdiyimiz meyvə və tərəvəzlər var. Oğlumuz təbiət sevgisi ilə böyüyür.    - Gözdən uzaq olanların qəlbdən də uzaq olduğunu deyibsiniz. Münasibətlərdə məsafə anlayışına necə baxırsınız?

- Mən təmasa, göz-gözə gəlməyə və səs tonuna çox inanıram. Ekran vasitəsi ilə bu hissi ötürə bilmirsiniz. Söz çox az şey ifadə edir. İnsan qarşı tərəfə sözü ilə deyil, baxışı ilə nələrisə ötürə bilir. Misal üçün qoxu çox önəmli faktordur. Ekrandan onu duymaq mümkün deyil. Məsafənin gözəlliyi aralar verərək qovuşmaqdırsa, bu, insana müsbət təsir edə bilər, amma sevdiyiniz şəxs çox uzaqdadırsa çətin məsələdir.   - Sizcə, evlilik müqəddəs bir şeydir?