Yaponiya koronavirusu müalicəsində HIV istifadə etməyə cəhd edir


Digərləri 28 Fev 2020 23:55:00 138 0

Yaponiya koronavirusu müalicəsində HIV istifadə etməyə cəhd edir

Yaponiya tezliklə yeni bir növ koronavirusun müalicəsi üçün HİV (insan immun çatışmazlığı virusu) dərmanlarını sınamağa başlayacaq. Bunu, yaxın günlərdə keçirdiyi brifinqdə Yaponiya hökumətinin baş katibi Yoşihide Suqa açıqlayıb.

Son.az deyerler.org-a istinadən bildirir ki, hal-hazırda Yaponiyada 500-dən çox koronavirus infeksiyası aşkarlanıb. 450 xəstə Yokohamadakı "Diamond Princess" kruiz gəmisindədir. Çində artıq 58 mindən çox insan koronavirusa yoluxub, cəmi 1807 nəfər ölüb. Keçən ilin dekabrında Çinin Vuhan əyalətində, ölkənin şərqindəki hissəsində yeni bir virus epidemiyası başlandı, lakin bundan sonra ÇXR-nın ən azı 23 əyalətini əhatə etdi.