Ruh nədir, RuhulQudus nədir və RuhulƏmin nədir?


Digərləri 28 Fev 2020 23:45:00 247 0

Ruh nədir, RuhulQudus nədir və RuhulƏmin nədir?

Əllamə Təbatəbainin nəzərinə görə, Ruhul-Qudus ilə Ruhul-Əmin - Həzrət Cəbrayildir. Ancaq Ruh dedikdə, Cəbrayil (ə) nəzərdə tutulmur.

Ruhul-Qudus sözü Quranda 5 dəfə işlənmişdir. Ruhul-Əmin sözü isə 1 dəfə.

"De: "Bu (Qur'anı) Ruhul-Qudus (Cəbrail, xəta və günah çirkindən pak olan ruh) Rəbbin tərəfindən haqq olaraq (və uca və əqli bir məqsəd üçün) tədricən nazil etmişdir ki, iman gətirənləri sabitqədəm etsin və müsəlmanlar üçün hidayət və müjdə olsun". ("Nəhl" 102).

Alim bu ayənin təfsirində yazır ki, "Ruhul-Qudus həmin o şeydir ki, Quran onu Ruhul-Əmin adlandırmışdır. Başqa yerdə isə Cəbrayil (ə) adlandırmışdır".

Alimin bu dediklərindən belə nəticəyə gəlmək olur ki, Ruhul-Qudus və Ruhul-Əmin həmin Cəbrayildir. Ancaq Ruh, Cəbrayilə aid edilmir. (Hədənə)

Alim buyurur: "Zahirdə belə görünür ki, Ruh deyildikdə, Allahın əmrində olan ruh nəzərdə tutulur. Necə ki, Özü Quranda buyurmuşdur: "Səndən (hər bir canlının həyat mənbəyi olan) ruh(un həqiqəti və sifətləri) barəsində soruşurlar, de: "Ruh mənim Rəbbimin əmrindən (meydana gəlmiş)dir (və onun hər hansı bir canlıda qalması və yox olması da Onun əmri ilədir) və sizə elmdən (xüsusilə ruhun həqiqəti barəsində olan elmdən) yalnız az (bir miqdar) verilmişdir"". ("İsra" 85).