Czinger 21C dünyanın ən yeyin hiperkarı adına iddialıdır FOTO


Digərləri 28 Fev 2020 22:30:00 128 0

Czinger 21C dünyanın ən yeyin hiperkarı adına iddialıdır  FOTO

Bir müddət bundan öncə, Czinger Vehicles şirkətinin Cenevrə avtosalonundan 21C hiperkarını təqdim edəcəyi barədə xəbər vermişdik. Bu günlərdə istehsalçı hiperkar haqqında texniki məlumat, şəkillər və video ilə paylaşıb. Yeni hiperkar 80 nüsxəlik məhdud saylı tirajla buraxılacaq, onun hibrid güc qurğusu və şassi isə 3D printerində çap ediləcəkdir. İstehsalçı Czinger 21C modelinin dünyanın ən sürətli minik avtomobillərindən biri olduğunu iddia edir - hiperkar 100 km/saat həddinə 1,9 saniyəyə sürətlənir. Xatıladaq ki, Bugatti Chiron bu işə yarım saniyə daha çox vaxt sərf edir.

Son.az autograph.az-a istinadən bildirir ki, Czinger 21C modeli oturacaqların arxasında quraşdırılmış 2.88-litrlik V8 biturbo mühərriki və ön təkərlərin hər birində yerləşdirilmiş iki elektromotor ilə təchiz edilib. Güc qurğusunun ümumi hasilatı 1250 at qüvvəsi təşkil edir. Hiperkar yeddi pilləli avtomat və tam ötürmə sistemi ilə təchiz olunur. Hiperkarın  100 km/saat həddinə sürətlənməsinə 1.9 saniyə gərəkdir. Dörddə bir mil məsafəsini hiperkar 8,1 saniyəyə qət edir. Hiperkarın yerindən 400 km/saat həddinə qədər sürətlənib tam dayanmasına 29 saniyə tələb olunur. Bu göstərici Koenigsegg Agera RS və Bugatti Chiron hiperkarlarının göstəricisindən  daha yeyindir.

21C modeli iki versiyada təklif ediləcək - yol və trek. Birinci versiya 1250 kiloqram ağırlığa malikdir və 432 km/saata qədər sürətlənə bilər. İkinci isə, 1218 kiloqram çəkiyə və 380 km/saat maksimal sürətə malikdir. Ümumi yollar üçün nəzərdə tutulmuş hiperkar 250 km/saat sürətində 250 kiloqram, trek modifikasiyası isə 790 kiloqram yerəbasma gücü hasil edir.