“Onu yandıraq, yandırmazdan əvvəl boğaq”


Digərləri 28 Fev 2020 20:54:00 102 0

“Onu yandıraq, yandırmazdan əvvəl boğaq”

Dünyaca məşhur aktyor Conni Depp və keçmiş arvadı, aktrisa Ember Herd arasında ötən gün növbəti məhkəmə prosesi keçirilib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, Emberin vəkili Connin keçmiş həyat yoldaşını vəhşicəsinə öldürməklə hədələdiyi ismarışları hakimə təqdim edib.

Aktyorun dostu Pol Bettani ilə telefondakı yazışmasında "Onu yandıraq, yandırmazdan əvvəl boğaq. O yanıb meyit olana qədər səbrlə gözləyib, əmin olacağam" sözləri qeyd olunub.

Conninin vəkil isə qarşı tərəfin irəli sürdüyü ittihamları təkzib edib.