Azərbaycanın koronavirusla bağlı bəzi ölkələrlə sərhədləri bağlana bilər


Digərləri 28 Fev 2020 20:11:00 89 0

Azərbaycanın koronavirusla bağlı bəzi ölkələrlə sərhədləri bağlana bilər

Azərbaycanın koronavirusla bağlı bəzi ölkələrlə sərhədləri bağlana bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə tədbirlər görülür: "Azərbaycana koronavirusun keçməsinin qarşısının alınması üçün bütün lazımi addımlar atılır. Azərbaycanın bu xəstəlik aşkarlanan ölkələrlə sərhədi bağlaması istiqamətində çox yüksək səviyyədə danışıqlar aparılır. Danışıqların nəticəsi olaraq bu barədə qərar veriləcək".