Gürcüstanda koronavirusa ikinci yoluxma halı


Dünya 28 Fev 2020 19:34:00 107 0

Gürcüstanda koronavirusa ikinci yoluxma halı

"Gürcüstanda koronavirusa daha bir yoluxma halı qeydə alınıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, virus İtaliyadan qayıtmış Gürcüstan vətəndaşında qeydə alınıb.

Xatırladaq ki, fevralın 26-da ölkədə ilk yoluxma halı qeydə alınmışdı.