Dmitri Savelyev: "Multikulturalizm Azərbaycanın tarixi sərvətidir"


Siyasət 28 Fev 2020 19:11:08 138 0

Dmitri Savelyev: "Multikulturalizm Azərbaycanın tarixi sərvətidir"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına layiq görülməsi Azərbaycan multikulturalizminin nüfuzunun təsdiqidir

AzərbaycanınBirinci vitse-prezidenti Mehriban Əliyevanın Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano)layiq görülməsi Azərbaycanmultikulturalizminin nüfuzunun təsdiqidir.

Bunu “Report”aRusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevbildirib.

“Papa cəngavərlik ordeninin Böyük Xaçına yalnız dövlət başçıları, yaxud yüksək rütbəli dövlət rəsmiləri layiq görülür. Qəbul zamanıPapa Fransiskdə həqiqi tolerantlıq nümunəsi olan Azərbaycanın uzun müddətdir multikulturalizm dəyərlərini dünyaya ixrac etdiyini qeyd etmişdi”, -deyən rusiyalı deputat Azərbaycanda müxtəlif millətlərin, dinlərin, mədəniyyətlərin dinc şəkildə yanaşı yaşaması və inkişafı üçün hər cür şərait yaradıldığını qeyd edib.

Həmçinin Heydər Əliyev Fondunun həyata keçirdiyi “Azərbaycan tolerantlıq ünvanıdır” adlı dünya miqyaslı layihəsi çərçivəsində məbədlərin, dini abidələrin bərpa və təmir olunduğu da xatırlanıb.

“Bu da təkcə islam ziyarətgahlara aid deyil. Belə ki, layihə çərçivəsində 2007-ci ildə Bakıdakı ortodoks kilsəsində bərpa işləri görülüb, 2009-cu ildə Fond Strasburq Kafedral Kilsəsindəki təsvirlərin bərpa işlərinə maliyyə ayırıb, 2013-cü ildə Rusiyanın xristianlaşmasının 1025-ci ildönümü münasibətilə Həştərxanda knyaz Vladimirin heykəlinin qoyulmasına maliyyə ayrıldı”, -deyən rusiyalı deputat Azərbaycanın tarixi sərvəti olan multikulturalizmin ölkədəki sabitliyin bünövrəsini, dövlət siyasətinin başlıca mahiyyətini təşkil etdiyini vurğulayıb.

“Katolik kilsəsinin Mehriban Əliyevaya ən ali təltiflərindən birini təqdim etməklə müsəlman bir ölkədə tolerantlığın hakim olduğunu etiraf etməsi müxtəlif mədəniyyətlərin mənəvi dəyərlərini əxz etməyin, insanlar arasında anlaşma və dözümlülüyün xalqlar arasında etimad və həmrəyliyi genişləndirmək yönündə yeganə doğru yol olduğunu bir daha təsdiqləyir”, -rusiyalı deputat fikrini tamamlayıb.