TƏBİB: Sosial şəbəkələrdə yayılan görüntülər şayiədir


Digərləri 28 Fev 2020 18:52:00 120 0

TƏBİB: Sosial şəbəkələrdə yayılan görüntülər şayiədir

"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" (TƏBİB) sosial şəbəkələrdə Ağdaşda İrandan gələn Azərbaycan vətəndaşının halının pisləşməsi və ürəyinin getməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Son.az Trend-ə istinadən bildirir ki, Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib.

O qeyd edib ki, yayılan görüntü şayiədir:

"Həmin şəxs həqiqətən də İranda işləyib və Ağdaşa qayıdıb. O, sırf yorğunluqdan huşunu itirib. Analizlər götürülüb və vəziyyəti stabildir".