Dünyanın ən gözəl qadını anası ilə podiuma çıxdı
Digərləri 28 Fev 2020 18:59:00 154 0
Dünyanın ən gözəl qadını kimi tanınan Fələstin əsilli supermodel Bella Hadid anası ilə birlikdə podiuma çıxıb.
Son.az oxu.az-a istinadən xəbər verir ki, dəbli şounun görüntüləri "Just Jared" jurnalının "Instagram" hesabında yayımlanıb.
Bildirilir ki, 56 yaşlı İolanda Hadid İtaliyanın lüks "Off-White" brendinin nümayişində iştirak edib.
Bundan başqa, supermodelin böyük bacısı Gigi Hadid da geyim nümayişinə qatılıb.
Mənbə: milli.az