“Onabuna lağ edən “oxuyançik”


Şou-biznes 28 Fev 2020 18:34:00 203 0

“Onabuna lağ edən “oxuyançik”

Şairə Nazilə Səfərli ad çəkmədən küsülü olduğu müğənni Xatun Əliyeva barədə paylaşım edib.

Buna isə ötən gün axşam.az-da yayımlanan "Xatunla Rüfətin dueti erməni mahnısı imiş" başlıqlı xəbər olub.

N.Səfərli Xatunu tənqid edərək ona qarşı sərt ifadələr yazıb:

"Ona-buna lağ edən "oxuyançik", Allah payını verdi. Erməni ilə şəklin yan-yana qoyulub. Özü də oğurluq üstündə. Bu mükafatın ölümə bərabərdir. Get indi 30 manatlıq hədiyyələri verən kəslərdən hallallıq al, gör verən olacaq? Lağ etmədiyin adam qalmadı. Hamının adına şəbədə qoşdun. Bu da cavabı. Atalar demiş, böyük loxma ye, böyük söz danışma".

Şairə Xatunla duet oxuyan Rüfət Axundovu nəzərdə tutaraq "Üzüldüyüm bir nüans var ki, qurunun oduna yaş da yandı" deyə, bildirib.