Bu əlamətləri olan xəstələr dərhal tibb müəssisəsinə müraciət etməlidirlər


Digərləri 28 Fev 2020 18:21:00 113 0

Bu əlamətləri olan xəstələr dərhal tibb müəssisəsinə müraciət etməlidirlər

Ölkədə koronavirusdan şübhələnən şəxs bütün ərazilərdə təcili tibbi yardım stansiyaları, yaxınlıqdakı xəstəxana və ya digər tibb müəssisəsinə müraciət etməlidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Vasif Əliyev koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, yüksək qızdırma, öskürək, əzələ ağrıları, burun axması olan xəstələr dərhal tibb müəssisəsinə müraciət etməlidirlər: "Həmin tibb müəssisələrinin əməkdaşları dərhal həmin xəstəni nəzarətə götürəcək. Xəstədən analiz götürüləcək və müayinə ediləcək. Əgər onda koronavirus şübhəsi aşkar edilərsə, dərhal xəstə karantinə götürüləcək".