Vətəndaşlar koronavirus yayılan ölkələrə səfər etməkdən çəkinməlidir


Digərləri 28 Fev 2020 18:15:00 152 0

Vətəndaşlar koronavirus yayılan ölkələrə səfər etməkdən çəkinməlidir

Azərbaycan vətəndaşları koronavirus yayılan ölkələrə səfər etməkdən çəkinməlidir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

C.İsayev vurğulayıb ki, vətəndaşlar da bu istiqamətdə diqqətli olmalıdır: "Əlbəttə ki, biz heç kimi məcbur edə bilmərik ki, getməsin, ancaq vətəndaşlar da bizə yardımçı olmalıdırlar. İmkan daxilində bu təhlükə aradan qalxana qədər vətəndaşlar koronavirus yayılan ölkələrə səfər eməkdən imtina etməlidir".