Azərbaycandan İrana hələ də gedənlər var


Digərləri 28 Fev 2020 18:16:00 139 0

Azərbaycandan İrana hələ də gedənlər var

İranda koronavirusun yayılmasına baxmayaraq insanlarımız hələ də ora getməkdə davam edirlər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, insanlar orada virusun yayıldığını bil -bilə həmin ölkəyə səfər edirlər:

"Azərbayca tərəfindən İrana gediş-dəlişlər hələ də davam edir. Vətəndaşlarımız ölkəyə qayıdan zaman isə, bəzi hallarda yoxlamadan boyun qaçırırlar. Onlar başa düşməlidirlər ki, bu yoxlamalar onların təhlükəsizliyi və sağlamlığının təminatı üçündür. Görülən işlər tək bizdən asılı deyil, gərək vətəndaşlarımız da bizə az da olsa, yardım etsinlər".