Koronavirusa görə orta və ali məktəblərdə tədrisin dayanmasına zərurət yoxdur


Digərləri 28 Fev 2020 18:18:00 169 0

Koronavirusa görə orta və ali məktəblərdə tədrisin dayanmasına zərurət yoxdur

Koronavirus təhlükəsinə görə Azərbaycanda orta və ali məktəblərdə tədrisin dayanmasına hələlik zərurət yoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

C.İsayevin sözlərinə görə, Azərbaycanda bu virus yayılmayıb ki, dərslərin dayandırılmasına zərurət yaransın.