Qonşusunu qısqanan kişi tanışının boğazını kəsdi


Dünya 28 Fev 2020 17:34:00 149 0

Qonşusunu qısqanan kişi tanışının boğazını kəsdi

Rusiyanın Saratov vilayətində kişi tanışının boğazını kəsib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 57 yaşlı kişi 36 yaşlı tanışını bıçaqlayıb.

Belə ki, onlar 36 yaşlı kişinin dəvəti ilə içki məclisi qurublar. Həmin məclisdə zərərçəkən 57 yaşlı tanışının qonşusu olan qadına göz salıb.

Bundan qəzəblənən həmin şəxs 36 yaşlı tanışının boğazına bıçaqla zərbə endirib.

Yaralanan kişi evinə qaçıb və orada ölüb.