Rusiya İranda konsulluq xidmətini dayandırdı


Dünya 28 Fev 2020 16:59:41 143 0

Rusiya İranda konsulluq xidmətini dayandırdı

Rusiyanın İrandakı səfirliyinin Konsulluq şöbəsi fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Rusiyanın İrandakı səfirliyinin Konsulluq şöbəsi fəaliyyətinimüvəqqəti olaraq dayandırıb.

“Report” IRNA-ya istinadən xəbər verir ki, buna səbəb ölkədə koronavirusun miqyasının böyüməsidir.

Səfirlikdən bildirilib ki, İran vətəndaşları üçünsənəd qəbulu, fərdi, turizm, iş və tranzit vizaları müvəqqəti olaraq dayandırılıb.

Eyni zamanda ölkədə yaşayan və işləyən əcnəbilərə, həmçininvətəndaşlığı olmayan şəxslərəelektron və tranzit vizaların verilməsi də məhdudlaşdırılıb.

Xatırladaq ki, rəsmi məlumata görə, İranda koronavirusdan ölənlərin sayı 34 nəfərdir. Virus daşıyıcılarının sayı isə 388-ə çatıb.