Azərbaycandan ən çox hansı məhsulların ixrac edildiyi açıqlandı


Digərləri 28 Fev 2020 17:04:00 156 0

Azərbaycandan ən çox hansı məhsulların ixrac edildiyi açıqlandı

2020-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 2,1 milyard ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 851 milyon ABŞ dolları və ya 66,5 faiz artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, bu müddətdə qeyri-neft sektoru üzrə 141 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 3,4 milyon ABŞ dolları və ya 2,5 faiz artıb.

2020-ci ilin yanvar ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 16,3 milyon ABŞ dolları) başçılıq edib. Bu siyahıda pomidor (13,2 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (11,2 milyon ABŞ dolları) üçüncü olub.

2020-ci ilin yanvar ayında Rusiyaya 48,2 milyon, Türkiyəyə 33,1 milyon, İsveçrəyə 17 milyon, Gürcüstana 8,5 milyon və Çinə 5,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.