Lavrov: “Moskva və Ankara arasında İdliblə bağlı dialoq üçün imkan qalmaqdadır”


Dünya 28 Fev 2020 16:08:21 126 0

Lavrov: “Moskva və Ankara arasında İdliblə bağlı dialoq üçün imkan qalmaqdadır”

“Moskva ilə Ankara arasında İdliblə bağlı razılaşmalar tam yerinə yetirilsəydi, Türkiyə hərbçilərinin ölümü kimi faciələrin qarşısını almaq olardı”

Sergey Lavrov

“Moskva türkiyəli hərbçilərin Suriyada həlak olması ilə bağlı Türkiyəyəbaşsağlığı verib”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Lüksemburqun Xarici və Avropa İşləri naziri Jan Asselbornla birgə mətbuat konfransında deyib.

O həmçinin bu gün Putinlə Ərdoğan arasında baş tutan telefon danışığı barədə də məlumat verib.

Nazirin sözlərinə görə, Rusiya və Türkiyə İdliblə bağlı koordinasiyanı davam etdirməyə hazırdır.

“Moskva ilə Ankara arasında İdliblə bağlı razılaşmalar tam yerinə yetirilsəydi, Türkiyə hərbçilərinin həlak olmasıkimi faciələrin qarşısını almaq olardı”, - o deyib.

Nazir Moskva ilə Ankara arasında İdliblə bağlı dialoq üçün imkanın hələ də qaldığını vurğulayıb.