Samirədən “Eurovision”la bağlı açıqlama


Şou-biznes 28 Fev 2020 16:04:00 137 0

Samirədən “Eurovision”la bağlı açıqlama

Bu gün İctimai Televiziya azərbaycanlı builki "Eurovision" müsabiqəsində müğənni Samir Əfəndinin təmsil edəcəyi barədə məlumat yayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi özü də bu barədə paylaşım edib.

"Günün ən gözəl xəbəri! Azərbaycanı təmsil edəcəyim üçün çox şadam. Mənə inanan hər kəsə təşəkkür edirəm! Avropada musiqimizlə səs salmaq üçün tam gücümlə çalışacağam".

Qeyd edək ki, Daha öncədən də "Eurovision" müsabiqəsinin seçim mərhələsində iştirak edən Samira Əfəndi "Yeni ulduz", "Böyük Səhnə" (3-cü yer) və "Səs Azərbaycan" (3-cü yer) kimi məşhur musiqi layihələrində güclü vokal səsi ilə yaddaşlarda qalıb. Samira Əfəndi 2017-ci ildə Almatıda "Silk Way Star" (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan Respublikasında keçirilən "Voice of Nur-Sultan" Beynəlxalq festivalına qatılıb.