Türkiyədən Azərbaycana tekstil xammalı ixracı artıb


Digərləri 28 Fev 2020 15:29:00 156 0

Türkiyədən Azərbaycana tekstil xammalı ixracı artıb

2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana tekstil xammalı ixracı artıb.

Son.az xəbər verir ki, bu barəd Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ötən ay Türkiyədən Azərbaycana 2,466 milyon dollar məbləğində tekstil xammalı ixrac edilib ki, bu da 2019-cu ilin yanvarı ilə müqayisədə 65,6 faiz çoxdur.

Hesabat dövründə Türkiyə dünya bazarına 673,702 milyon dollar məbləğində tekstil xammalı ixrac edib. Bu göstərici 2019-cu ilin yanvarı ilə müqayisədə 0,28 faiz azdır.