Bakıda evli qadınla intim əlaqədə olan taksi sürücüsü öldürüldü


Kriminal 28 Fev 2020 15:14:00 139 0

Bakıda evli qadınla intim əlaqədə olan taksi sürücüsü öldürüldü

Bakıda baş vermiş dəhşətli qətlin şok təfərrüatı məlum olub.

Son.az oxu24.com-a istinadən xəbər verir ki, qətlə yetirilən taksi sürücüsü Aşur Nəsirovun intim əlaqədə olduğu qadın və qardaşı tərəfindən öldürüldüyü məlum olub.

Məlum olub ki, taksi sürücüsü Aşur Nəsirov Solmaz Rəhimova adlı qadınla uzun müddət cinsi əlaqədə olub. Daha sonra Solmaz Rəhimova İlqar Muradov adlı kişi ilə ailə həyatı qurub. Bundan sonra Aşur Nəsirov ondan əl çəkməyərək intim əlaqədə olmasını tələb edib. Qadın bundan imtina etdiyi üçün Aşur onu şantaj etməyə başlayıb. Qonşusunun əlindən bezən qadın bu barədə qardaşına və ərinə məlumat verib. 

Taksi sürücüsünü öldürmək üçün plan quran Solmaz və qardaşı Səbuhi taksi sürücsünün avtomobilində Bakının ətrafına gediblər. Orada sürücünü xüsusi amansızlıqla qətlə yetiriblər.

Qətlə yetirilən taksi sürücüsü Aşur Nəsirovun intim əlaqədə olduğu qadın və qardaşı tərəfindən öldürüldüyü məlum olub.