Koronavurusa yoluxmuş Gürcüstan vətəndaşının hazırkı vəziyyəti açıqlandı


Dünya 28 Fev 2020 13:15:47 102 0

Koronavurusa yoluxmuş Gürcüstan vətəndaşının hazırkı vəziyyəti açıqlandı

“Gürcüstanda koronavirus diaqnozu qoyulan vətəndaşın sağlamlıq durumu qənaətbəxşdir”.

© google.az

“Gürcüstanda koronavirus diaqnozu qoyulan vətəndaşın sağlamlıq durumu qənaətbəxşdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxnasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin şəxslə bağlı gündəlik olaraq laborator araşdırma aparılır və bu vaxta qədər heç bir ağırlaşma halı qeydə alınmayıb.

M.Ezuqbaya pasiyentin vəziyyətinin sabit olduğunu deyib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb.