Koronavirusa yoluxmuş iranlıya Gürcüstanlılardan qəribə reaksiya


Dünya 28 Fev 2020 13:19:00 121 0

Koronavirusa yoluxmuş iranlıya Gürcüstanlılardan qəribə reaksiya

Xəbər verdiyimiz kimi Gürcüstanda ilk koronavirus faktı qeydə alınıb.

Son.az Dailymail-ə istinadla xəbər verir ki, koronavirusa yoluxduğu təsdiqləndikdən sonra maskasız halda jurnalistlərin qarşısına çıxan iran vətəndaşı gürcüstanlı həkimlərə təşəkkür edib, ona yaxşı qulluq olunduğunu dilə gətirib.

Bir neçə dəqiqə sonra həkimlərdən biri onun müsahibə aldığını görüb jurnalistlərin yanından uzaqlaşdıraraq Tiflis xəstəxanasına göndərdib.

"O yaxşı deyil", - deyə həkim jurnalistlərə söyləyib.

Qeyd edək ki, adı mətbuata açıqlanmayan iranlı tələbə Gürcüstana Azərbaycandan keçib.