İranda koronavirusa yoluxan deputatların sayı artdı


Dünya 28 Fev 2020 12:15:00 111 0

İranda koronavirusa yoluxan deputatların sayı artdı

İranda 4 deputata koronavirus diaqnozu qoyulub.

© google.az

İranda 4 deputatakoronavirusdiaqnozu qoyulub.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin rəyasət heyətininüzvü Məhəmməd Əli Vəkilideyib.

Onun sözlərinə görə,30 millət vəkilinə koronavirus testi edilib. Analizinnəticəsində 4 deputatın koronavirusa yoluxduğu məlum olub.

Qeyd edək ki, İranda rəsmi məlumatlara görə, koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və deputatlar - Mahmud Sadiqi və Müctəba Zünnur koronavirus daşıyıcısıdır.