Yeni klipinə iki saata 100 mindən çox “dislike” gəldi


Digərləri 28 Fev 2020 12:09:00 115 0

Yeni klipinə iki saata 100 mindən çox “dislike” gəldi

Ötən gün Türkiyənin gənc pop ulduzu Aleyna Tilki "Yalan" adlı klipini təqdim edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, layihənin rejissoru, mahnının müəllifi Aleynanın özüdür.

Musiqinin aranjimanı isə Ozan Çolakoğluna məxsusdur. "Netd Müzik" yutub platformasında paylaşılan kliplə yanaşı mahnı da sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Belə ki, müğənninin yeni işi tənqidlərə məruz qalıb.

Hətta dünən iki saata 200 mindən çox baxış toplayan klip yutubda 100 mindən çox insan tərəfindən "dislike" qazanıb.

Aleynanın komandası bunun qarşısını almaq üçün kanalda olan "like" və "dislike" sayını gizlədib.