Birce ilk dəfə sevgilisi ilə görüntüləndi


Digərləri 28 Fev 2020 11:49:00 133 0

Birce ilk dəfə sevgilisi ilə görüntüləndi

Aktrisa Birce Akalay yeni sevgilisi ilə ilk dəfə görüntülənib.

Son.az axşam.az-a istinadən bildirir ki, son günlər Star TV-də yayımlanan "Babil" serialındakı obrazı ilə gündəmdə olan aktrisa İstanbulun İstinye səmtində obyektivlərə tuş gəlib.

Yeni sevgilisi ilə əl-ələ gəzən Birce Akalay fotolarının çəkildiyini görəndə təəccübünü gizlədə bilməyib. Sualları cavabsız qoyan cütlük təşəkkür edərək hadisə yerindən uzaqlaşıb.

Avtomobilinə minib uzaqlaşmağa çalışan aktrisanı polis saxlayıb. Onlar Akalayın spirtli içki içib içmədiyini yoxlayıblar.