Mehriban Əliyeva bıçaqlanan qadınla bağlı tapşırıqlar verib


Siyasət 28 Fev 2020 11:26:29 127 0

Mehriban Əliyeva bıçaqlanan qadınla bağlı tapşırıqlar verib

Heydər Əliyev Fondu Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənovun bıçaqladığı keçmiş həyat yoldaşı Dilarə Bəhmənovanın müalicəsi ilə bağlı məsələləri öz üzərinə

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva

Heydər Əliyev FonduŞuşa Şəhər İcra Hakimiyyətinin sabiqbaşçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənovun bıçaqladığıkeçmiş həyat yoldaşıDilarə Bəhmənovanın müalicəsi ilə bağlı məsələləri öz üzərinə götürüb.

Bu barədə"Report"a açıqlamasında D.Bəhmənovanın anasıməlumat verib.

E.Azərbaycanın Birinci vitse-prezidenti,Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib:

"Bir neçə gün öncəHeydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bizə zəng etmişdi.O dedi ki, Mehriban xanım bu hadisəni eşitdikdən sonra bizəkömək etməyi təklif edib. Artıq Heydər Əliyev Fondu qızımın müalicəsini tamamilə öz üzərinə götürüb. Onlar həkimlərlə tez-tez əlaqə saxlayır vəqızımın vəziyyəti ilə mütəmadi olaraq maraqlanırlar. Sonuncu əməliyyat fevralın 26-daolub, xüsusi olaraq bu əməliyyatüçün başqa klinikalardan həkimlər də dəvət edilib. Əməliyyat uğurlu keçdi. Ancaq bununla belə qızımın vəziyyəti ağır olaraq qalır. Fonddan mənə bildirdilər ki,qızımın sağalana qədərmüalicəsi həyata keçiriləcək.Mən buna görə də Birinci vitse-prezidentMehriban xanıma çox minnətdaram. Klinikanın bahalı olmasına baxmayaraq, Fonddan mənə “bu, artıq sizi maraqlandırmamalıdır” dedilər. Təşəkkür edirəm".

"Heydər Əliyev Fondundan mənə sadəcə müalicəni deyil, həm də prokurorluqda da bu işi nəzarət altında saxlayacaqlarını bildirdilər", -D.Bəhmənovanın anası bildirib

Qeyd edək ki, fevralın 3-dəYasamal rayonu ərazisindəŞuşa Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun 1981-ci il təvəllüdlüoğlu Ceyhun Bəhmənovun keçmiş həyat yoldaşı982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanıbıçaqlayıb.

C.Bəhmənovsaxlanılıb, barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, N.Bəhmənov 1992-2008-ci illərdə Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, 2008-ci ildə vəfat edib.

Dilarə Bəhmənova