Bakıdan Tbilisiyə qayıdan bir qrup şəxs karantinə alındı


Dünya 28 Fev 2020 11:10:29 105 0

Bakıdan Tbilisiyə qayıdan bir qrup şəxs karantinə alındı

Gürcüstanın Qafqaz Universitetinin ötən gün Tbilisiyə qayıdan nümayəndə heyəti iki həftəlik karantinə alınıb.

© google.az

Gürcüstanın Qafqaz Universitetinin ötən gün Tbilisiyə qayıdan nümayəndə heyəti iki həftəlik karantinə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ali məktəbin yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, 15 nəfərlik nümayəndə heyəti İrandan Tbilisiyə Bakı vasitəsilə qayıdıb.

Həmin şəxslər hava limanında müvafiq yoxlamadan keçirilib və infeksiyasının hər hansı bir əlaməti aşkarlanmayıb. Buna baxmayaraq, nümayəndə heyətinin beş üzvü xəstəxana, 10 üzvü isə öz evlərində karantində saxlanılacaq. Onlar 14 gün ərzində tibbi nəzarətdə olacaq.