NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək


Dünya 28 Fev 2020 11:16:19 140 0

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Y.Stoltenberq təcili toplantı keçirmək qərarını verib.

© google.az

Suriyanın İdlib şəhərində Türkiyə hərbçilərinə qarşı reallaşdırılan hücumdan sonra NATO-nun Baş katibi Yens Stoltenberq təcili iclas keçirəcəyi barədə qərar verib.

“Report” “Sözcü”yə istinadən xəbər verir ki, hücumdan sonra Y.Stoltenberq Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə əlaqə saxlayıb.

O, Türkiyəyə qarşı hücumu pisləyib, Rusiya və Əsəd rejimini hücumlara son qoymağa çağırıb.

Xatırladaq ki, ötən gecə İdlibdə Rusiyanın dəstəklədiyi Bəşşar Əsədə sadiq qüvvələrin hava hücumu nəticəsində 33 Türkiyə hərbçisi şəhid olub.