Rusiya Türkiyə hərbçilərinin İdlibdə öldürülməsi ilə bağlı açıqlama verdi


Dünya 28 Fev 2020 10:31:12 110 0

Rusiya Türkiyə hərbçilərinin İdlibdə öldürülməsi ilə bağlı açıqlama verdi

Rusiyanın Müdafiə Nazirliyi İdlibdə 33 Türkiyə hərbçisinin ölümü ilə əlaqədar açıqlama verib.

© google.az

Rusiyanın Müdafiə Nazirliyi İdlibdə 33 Türkiyə hərbçisinin həlak olması ilə əlaqədar açıqlama verib.

“Report” “Sözcü”yə istinadən xəbər verir ki, açıqlamada Rusiya Hava Qüvvələrinin Türkiyə hərbçilərinin vurulduğu ərazidə əməliyyat keçirmədiyi iddia edilib.

AaçıqlamadaTürkiyənin İdlibdəki hərbçilərinin mövqeləri ilə bağlı Rusiyaya məlumat vermədiyi və Türkiyə əsgərlərinin o ərazidə olmamalı olduğu vurğulanıb.

Bundan başqa, Rusiya Türkiyə hərbçilərinin rejim qüvvələri tərəfindən vurulduğunu bildirib.