Milli Məclisin deputatı Tacikistanda parlament seçkilərini müşahidə edəcək


Siyasət 28 Fev 2020 10:34:00 106 0

Milli Məclisin deputatı Tacikistanda parlament seçkilərini müşahidə edəcək

Milli Məclisin deputatı Rüfət Quliyev fevralın 29-dan martın 3-dək Tacikistanın paytaxtı Düşənbə şəhərində səfərdə olacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Qeyd olunub ki, deputat martın 1-də bu ölkədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək. R.Quliyev seçkiləri MDB Parlament Assambleyasının və MDB İcraiyyə Komitəsinin xətti ilə müşahidə aparacaq.