İrşad Elektronicsdə “bayramsız hədiyyə” və “bayramlıq hədiyyə” necə olur?


Digərləri 28 Fev 2020 10:30:00 168 0

İrşad Elektronicsdə “bayramsız hədiyyə” və “bayramlıq hədiyyə” necə olur?

İrşad Elektronics bu dəfə Lökbatan mağazasının yenilənməsini qeyd edir. Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən mağaza martın 1-dən yeni siması ilə alıcıların ixtiyarındadır.

Yenilənmiş mağazadan 300 manatdan yuxarı alış-veriş edən ilk 50 müştəri şirkətdən hədiyyə qazanıb, yenilənmə sevincinə şərik olacaq. Ödənişi nağd və ya hissə-hissə etməsindən asılı olmayaraq, mobil telefonlar, soyuducu, paltaryuyan maşın, TV, soba, tozsoran kimi dəyərli hədiyyələr öz sahiblərini Lökbatan mağazasının müştəriləri arasından tapacaq.

Açıldığı gündən martın 31-dək mağaza müştəriləri bütün məhsulları ilkin ödənişsiz, faizsiz və komissiyasız olaraq, 18 ayadək hissə-hissə ödəmə şərti ilə ala bilərlər. Müştərilərin nağd alışlarına 40%-dək endirim təqdim ediləcək. 

Amma İrşad Electronics hədiyyələri bir mağaza ilə məhdudlaşdırmır.

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə 1-8 mart tarixlərində bütün İrşad Electronics mağazaları hər kişiyə sevdiyi bir qadın olduğunu mütləq xatırladacaq! Sevdiyiniz xanımlarla ünsiyyətiniz kəsilməsin deyə, bütün telefon modellərini ilkin ödənişsiz və faizsiz olaraq, 12 aya ödəmək şərtilə ala bilərsiniz. Kampaniyanın daha bir təklifi sizə məişət texnikasını hissəli ödəmə ilə əldə edib, həm qadınların məişət yükünü azaltmaq, həm də öz xərclərinizi görünməz etmək imkanı verir. Yox, əgər nə seçəcəyinizə qərar verməkdə çətinlik çəkirsinizsə, sadəcə, ona ŞadKart alın, seçimi öz ixtiyarına buraxın!