Sərhəd buraxılış məntəqələrinə məhdudiyyət qoyulmayıb


Digərləri 28 Fev 2020 10:18:00 145 0

Sərhəd buraxılış məntəqələrinə məhdudiyyət qoyulmayıb

Dövlət Sərhəd Xidməti (DSX) koronavirusla bağlı sərhəd keçid mənətəqələrindəki vəziyyətlə bağlı məlumat yayıb.

Xidmətdən Son.az-a verilən məlumatda bildirilir ki, son günlərdə bir sıra kütləvi informasiya vasitələrində və sosial mediada Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış mən­tə­qələrində şəxslə­rin və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçi­din­də məhdudiyyətlərin tətbiq olunması barəd­ə yanlış məlu­mat­lar yayılmaq­dadır.

Bununla əlaqədar olaraq bildiririk ki, bu məlumatlar həqiqətə uyğun deyildir və reallığı əks etdirmir.

Azərbaycan Respublikasının həmsərhəd ölkələrlə dövlət sərhə­din­dən bura­xılış məntəqələrində vətəndaşların, sərnişin avtobuslarının, fər­di və yük nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılmasında hər hansı məhdudiyyətlər tətbiq edil­mə­mişdir, dövlət sərhədindən buraxılış məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. Hazırda dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliy­yat vasitələrinin keçidində sıxlıq halları müşahidə olunmur.

Həmsərhəd ölkələrin sərhəd mühafizə orqanları ilə zəruri məlu­mat mübadiləsi həyata keçirilir, həmin ölkələr tərəfindən də dövlət sərhə­din­dən buraxılış məntəqələrində tib­bi profilaktik tədbirləri gücləndiril­mişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşı­rı­ğına əsasən aidiyyəti dövlət orqanları arasında "koronavirus" xəs­tə­li­yinə qarşı mübarizə tədbirlərinin qarşılıqlı koordinasiyası yüksək sə­­viy­yədə təşkil olunmuşdur.