“Eurovision”a gedəcəyi barədə xəbəri təkzib etdi


Digərləri 28 Fev 2020 10:09:00 120 0

“Eurovision”a gedəcəyi barədə xəbəri təkzib etdi

Əslən Ukraynadan olan rusiyalı ifaçı Aleksandr Panayotov Niderlandda keçiriləcək "Eurovision-2020" beynəlxalq mahnı müsabiqəsində ölkəsini təmsil edəcəyi ilə bağlı yayılan xəbəri təkzib edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı mikrobloqunda bunları yazıb:

"Rusiyadan olan təmsilçini doğru-dürüst açıqlayacaq yeganə mənbə - "Birinci kanal"dır, hansı ki, məlum olduğu kimi, bu barədə heç bir məlumat və şərh verməyib. Mən, öz növbəmdə, həmçinin heç bir informasiyaya sahib deyiləm. Mən bilmirəm, kim, ən əsası da niyə bunu edir. Amma əgər bu, qəsdən edilirsə, onda bu, həyasızlıqdır".

Qeyd edək ki, "Eurovision-2020" 12,14 və 16 may tarixlərində Niderlandın Rotderdam şəhərində keçiriləcək. Müsabiqədə iştirak edəcək Azərbaycan təmsilçisinin də adı hələlik məlum deyil.