Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı


Dünya 28 Fev 2020 09:41:29 134 0

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Daha iki ölkədə koronavirusa yoluxma faktı qeydə alınıb.

© google.az

Dünyanın daha iki ölkəsində koronavirusa yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, Belarus və Meksikada koronavirus infeksiyası aşkarlanıb.

Belarus Səhiyyə Nazirliyinin açıqlamasına görə, koronavirus daşıyıcısı İranlı tələbədir. O, Belarusa Bakıdan uçub.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur.