Allah Öz ruhundan üfürdü – nə deməkdir?


Digərləri 28 Fev 2020 08:55:00 160 0

Allah Öz ruhundan üfürdü – nə deməkdir?

Allah Öz ruhundan bizə üfürmüşdür - bu, nə isə xüsusi mənadır, yoxsa bu sadəcə bir metafordur?

Əgər insan Allahın ruhuna malikdirsə və cəhənnəmə daxil olub əzab görürsə - bu, nə qədər doğrudur?

Bunu qeyd edək ki, cəhənnəmə düşən hər bir kəs artıq insanlığını itirmiş şəxs olar və necə ola bilər ki, onda insanlıq ruhu qalmış olsun? Zahirdə insana bənzəsə də, ancaq batində və ruhunda vəhşi və yırtıcı bir heyvandır.

İnsan dünyaya gələn zaman bir neçə ruha malik olar, o cümlədən: bitki ruhuna, heyvan ruhuna, bəşər ruhuna. Ancaq hər bir insanda başqa iki dərəcə ruh əldə etmək istedadı vardır ki, biri iman ruhudur və o birisi də ruhul-qudusdur. Ona Allahın ruhu da deyirlər.

İnsan əgər özünü iman ruhu dərəcəsinə çatdırarsa, o zaman insan sayılar. Ancaq Xəlifətullah olmaq hər insanın işi deyildir. Hər kim Məsumlar (ə) kimi bu ismət məqamına çata bilərsə, o zaman ruhul-qudusa malik olar.

Bəs ruhul-qudus nədir? Bu ruh İlahi övliyalara və İlahi xəlifələrə aiddir. Allah Təala Həzrət Adəm (ə) barəsində buyurmuşdur: "Elə ki, onun bədəninin yaradılmasını tamamladım və Öz ruhumdan ona üfürdüm, hamınız səcdə halında onun qarşısında yerə düşün". ("Sad" 76).

Bəli, bu ruh Həzrət Adəmdə (ə) olmuşdur. Bu ruh haqqında nəzərlər müxtəlifdir.

Əbu Bəsir nəql edir ki, İmam Sadiqin (ə) yanında idim və söhbət Qədr gecəsində ruhun nazil olmasından düşdü. Soruşdum: "Qurbanın olum, məgər ruh - Cəbrayildir?".

Həzrət (ə) buyurdu: "Cəbrayil (ə) - mələkdir, ruh isə mələkdən də böyük varlıqdır".