Cənubi Koreyada koronavirusa yoluxanların sayı 2 min nəfəri ötdü


Dünya 28 Fev 2020 08:35:00 140 0

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 2 min nəfəri ötdü

Cənubi Koreyada bir gün ərzində 256 koronavirusa yoluxma halı qeydə alınıb.

Cənubi Koreyada bir gün ərzində 256 koronavirusa yoluxma halı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (KCDC) təşkilatı məlumat yayıb.

Qeyd olunub ki, ümumilikdə ölkədə koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların sayı 2 022 nəfərə çatıb.

Ölkədə koronavirus infeksiyasından ölənlərin sayı 13, sağalan şəxslərin sayı isə 26 nəfərdir.

Bununla belə 24 571 nəfərdən analizlər götürülüb. Həmçinin virusa yoluxanların 25-i hərbçidir.