Piy xərçəng şişlərini əmələ gətirir


Digərləri 28 Fev 2020 08:31:00 132 0

Piy xərçəng şişlərini əmələ gətirir

Alimlər laboratoriya müşahidələri prosesində insan orqanizmində bədxassəli şişlərin əmələ gəlməsinin başlıca səbəbini tapa biliblər.

Belçikada yerləşən Flanders adına Biotexnologiya İnstitutunun ekspertlərinin sözlərinə görə, həkimlər kompleks təcrübələr sayəsində onkoloji xəstəliklərin əmələ gəlməsinə piyin təsir göstərdiyini sübuta yetiriblər.

Son.az AzərTac-a istinadən xəbər verir ki, tədqiqatların nəticələri "Nature" jurnalında dərc edilib.

Məlum olub ki, piy yığınları yeni limfa damarlarının formalaşmasında iştirak edir. Xərçəng hüceyrələri də həmin piylərin köməyi ilə orqan və toxumalara daxil olur.