Bərdədə qadın baltalanaraq qətlə yetirilib


Digərləri 28 Fev 2020 08:12:00 139 0

Bərdədə qadın baltalanaraq qətlə yetirilib

Bərdə rayonunun Zümürxan kəndində qətl hadisəsi törədilib.

Son.az APA-ya istinadən xəbər verir ki, kənd sakini İbadova Tahirə Tofiq qızı yaşadığı evdə balta ilə vurularaq öldürülüb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları T.İbadovanın həyat yoldaşı Vahid İbadovu şübhəli şəxs qismində saxlayıb.

APA-nın yerli bürosunun əldə etdiyi xəbərə görə, mərhum T.İbadovanın kürəkəni də polislər tərəfindən rayon polis şöbəsinə aparılıb.