Günahkarı tövbəyə nə vadar edər?


Digərləri 28 Fev 2020 07:51:00 137 0

Günahkarı tövbəyə nə vadar edər?

Dinimizin nəzərinə görə, mənfi ilə mübarizə lazımlıdır. Belə ki, hədislərimiz buyurur ki, şərab içənə qız verməyin. Ya sələm yeyənlə münasibətiniz olmasın.

Misal üçün, bir sələm yeyən tacir ilə hamı əlaqəsini kəsərsə və heç kəs onunla alış-veriş etməzsə, o, az müddət ərzində dükanı bağlanar. Əgər insanlar günahkarla yoldaş olmazsa və onunla görüşməzsə, o, naəlac qalıb, günahdan əl çəkəcəkdir.

Şuəyb peyğəmbərə (ə) vəhy olunur ki, sənin ümmətinin 100 min nəfərini həlak edəcəyəm. Onların 40 min nəfəri günahkardır. Filan qədəri yaxşı insanlardır.

Şuəyb (ə) deyir: "Məgər yaxşı insanlar nə ediblər?".

Xitab gəlir: "Ona görə ki, pis insanlar günah edən zaman, bu birilər onlara etinasız qalıb əyləşiblər".

Təbuk döyüşünə gedən zaman 3 nəfər onlarla getmir. Elə ki, müharibədən geri qayıdırlar, Həzrət Peyğəmbər (s) əmr edir ki, həmin şəxslərlə heç kəs danışmasın və evinə getməsin. O üç nəfər ordunu qarşılayanda Peyğəmbərə (s) salam verirlər və Həzrət (s) salamın cavabını verir, ancaq başqa söz demir.

Həmin üç şəxsin xanımlarına xəbər çatır ki, Peyğəmbər (s) belə bir əmr vermişdir. Qadınlar da onlarla söhbət etməyi tərk edirlər. Həyat onlar üçün o qədər ağır olur ki, artıq bu şəhərdə yaşaya bilməyəcəklərini görürlər. Ona görə də səhraya gedirlər və orada ağlayıb, nalə çəkirlər.