Elə qorx ki, sanki sabah öləcəksən…


Digərləri 28 Fev 2020 07:21:00 135 0

Elə qorx ki, sanki sabah öləcəksən…

Ölüm - qəti bir hadisədir ki, hər bir canlının başına gələcəkdir. Ölümü hər kəs bir cür görür. Bəziləri üçün məhv olmaqdır, bəziləri üçün dünya zindanından azad olmaqdır, bəziləri üçün Allahla görüşməkdir... Məsumların (ə) ölümlə bağlı bəzi buyuruşlarına diqqət edək.

Həzrət Peyğəmbər (s) buyurur: "İnsanın qəbri - axirət mənzillərinin birincisidir".

İmam Sadiq (ə) buyurur: "Bəzən insanlar illəri, ayları, günləri və saatları sayarlar, ancaq bir zaman da gərək nəfəslərini saysınlar. O zaman ki, axırıncı nəfəs gəlib çatar, artıq həmin zaman nə bir an gec və nə bir an tez həyata keçər. Həmin zamanda insanın köçməsi başlayar".

İmam Əli (ə) buyurur: "Təəccüb edirəm o kəsə ki, ölümü unutmuşdur. Halbuki, ölüləri görür".

İmam Baqir (ə) buyurur: "Ey Əba Ubeydə! Ölümü çoxlu yada sal. Əgər insan onu çoxlu yada salarsa, dünyaya qarşı rəğbətsiz olar".

İmam Hüseyn (ə) buyurur: "İzzətli ölüm - əbədi həyatın bir hissəsidir, zəlilcəsinə ölüm isə həmişəlik ölümdür".

Həzrət Peyğəmbər (s) buyurur: "Elə işlə ki, sanki heç vaxt ölməyəcəksən, elə qorx ki, sanki sabah öləcəksən".