Bərdədə ər arvadına 4 bıçaq vurdu


Sosial 28 Fev 2020 00:29:45 142 0

Bərdədə ər arvadına 4 bıçaq vurdu

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə şəhərin Füzuli küçəsində qeydə alınıb.

Rayon sakini, 39 yaşlı Vüqar Zeynalov həyat yoldaşı 37 yaşlı, Aytən Zeynalovanı bıçaqlayıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qadına dörd bıçaq vurulduğu məlum olub. Hazırda vəziyyəti orta-ağırdır.

Hadisəni törədən V. Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.