İsveç Bankı kriptovalyuta yaradır


Digərləri 27 Fev 2020 23:55:00 211 0

İsveç Bankı kriptovalyuta yaradır

İsveçin Mərkəzi Bankı "Accenture" konsultasiya şirkəti ilə birlikdə elektron kron yaratmaq üçün texniki həll axtarışındadır.

Son.az ted.az-a istinadən bildirir ki, İsveç Bankı rəqəmsal valyuta üzrə pilot layihə üzərində işləyir. Layihə 2021-ci ilin fevralına qədər davam edəcək.

Elektron kronda istifadə olunan texnologiya ABŞ maliyyə və texnoloji tədqiqat şirkəti "R3 Corda" tərəfindən hazırlanmış "Corda" platformasına əsaslanır. Test isə simulyasiya rejimində aparılacaq.