Sabiq maliyyə naziri şirkəti idarə edəcək


Digərləri 27 Fev 2020 23:50:00 187 0

Sabiq maliyyə naziri şirkəti idarə edəcək

Cənubi Koreyanın sabiq maliyyə naziri Park Jae-wan Samsung-un ötən il həbs edilən idarə heyəti sədrinin yerinə keçib.

Son.az ted.az-a istinadən bildirir ki, o, Samsung-da 2016-cı ildən direktor vəzifəsində çalışıb. 65 yaşlı yeni sədrin firma və idarəçilik haqqında böyük təcrübəyə sahib olduğu söylənilir.

Seul Milli Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Harvardda doktorantura oxuyan Park 2010-2011 illərdə Cənubi Koreyanın maliyyə naziri olub.

Məlumat üçün bildirək ki, idarə heyəti sədri Samsung-un gündəlik fəaliyyətindən məsul olmasa da, idarə heyətinin iclaslarına sədrlik edir və investisiya planlaması kimi vacib qərarları təsdiq edir.

Qeyd edək ki, martın 18-də təşkil ediləcək səhmdarların ilik iclasında Samsung-un icraçı direktorları təyin olunacaq.