ASAN Radio H.Z.Tağıyevə həsr olunan yeni layihə təqdim etdi FOTO


Digərləri 27 Fev 2020 23:31:00 232 0

ASAN Radio H.Z.Tağıyevə həsr olunan yeni layihə təqdim etdi  FOTO

ASAN Radionun dəstəyi ilə görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin əziz xatirəsinə layihə hazırlanıb. Layihənin rəhbəri ASAN Radionun direktoru Emin Musavi, ideya müəllifi isə Əməkdar artist Bəhram Bağırzadədir.

Son.az Trend-ə istinadən bildirir ki, videoda H.Z.Tağıyevin həyat yolundan ən vacib və nümunəvi məqamlardan birinə yer verilib. Böyük xeyriyyəçinin Azərbaycanın savadlı gələcəyi naminə xidmətlərinə nəzər yetirilib.

Layihənin ərsəyə gəlməsinə Milli Azərbaycan Tarixi Muzeyi dəstək göstərib.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2019-cu ilin martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə aktyor Bəhram Bağırzadə Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılmasını təklif etmişdi. Dövlət başçısı təklifi bəyənərək, dərhal tapşırıq verdi. Beləliklə, böyük azərbaycanlı, xeyriyyəçi H.Z.Tağıyevin heykəli tezliklə paytaxtın mərkəzində ucaldılacaq.