Mikayıl Cabbarov: “Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatına əhəmiyyətli investisiyalar yatırır”


İqtisadiyyat 27 Fev 2020 23:05:14 146 0

Mikayıl Cabbarov: “Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatına əhəmiyyətli investisiyalar yatırır”

“Gürcüstan Azərbaycan üçün əhəmiyyətli iqtisadi tərəfdaşdır”.

“Gürcüstan Azərbaycan üçün əhəmiyyətli iqtisadi tərəfdaşdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov gürcü həmkarı Natia Turnava ilə görüşdən sonra bildirib.

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin yaydığı məlumata əsasən, nazir Azərbaycan şirkətlərinin Gürcüstanda çox fəal olduğunu deyib:

“Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatına əhəmiyyətli investisiyalar yatırır”.

M. Cabbarov qeyd edib ki, görüşdə mövcud layihələr, əməkdaşlıq üçün gələcək planlar, hər iki ölkə bazarını xarici investisiyalar üçün daha da cəlbedici etməklə bağlı məsələlər üzrə müzakirələr aparılıb.