“Avstraliya əslində mövcud deyil!” –


Digərləri 27 Fev 2020 22:50:00 212 0

“Avstraliya əslində mövcud deyil!” –

Hamı istədiyini düşünməkdə azaddır, amma Yerin kürə olmadığını iddia etmək və bu kimi qəribə fikirləri eşidəndə təəccüblənməmək mümkün deyil.

Son.az ted.az-a istinadən bir-birindən qəribə, bəzi insanların inanmadığı 5 elmi həqiqəti təqdim edir:

1. Dünya sini kimi düzdür

İnsanlığın Aya ayaq basmasından 51 il keçir. Çox qısa müddət sonra isə Mars da fəth ediləcək. Ancaq hələ də dünyada bərabər yaşadığımız bəzi adamların müəyyən tərəddüdləri var.

Kimiləri indinin özündə də doğru olmadığı isbat edilmiş teoremlər və xurafata inanır. Məsələn, Yerin sini kimi düz olması tezisi kimi...

İnanmaq çətindir, amma xeyli sayda insan yaşadığımız planetin kürə yox, düz olduğunu hesab edir. Üstəlik, NASA-nın bu fikri dəyişdirmək üçün peyklər və GPS vasitəsilə kosmosdan çəkdiyi şəkilləri yayımlamasına rəğmən...

2. Bədirlənmiş ay davranışa təsir edir və insanların ağlını başından alır

Az qala bütün xalqların folklorunda bədirlənmiş ayın insanların davranışlarına təsir etdiyinə dair inanclar var. Bəziləri hesab edirlər ki, ən qanlı cinayətlər ay bədirlənməsi zamanı işlənir. Çünki bədirlənmiş ay insanların ağlını başından alır.

Aparılan araşdırmalar bunun cinayətlər, yaxud intiharlarla hansısa əlaqəsinin olduğunu ortaya çıxara bilməyib.

Peyvəndlərə ehtiyac yoxdur

Bir müddət əvvəl aparılan araşdırma göstərir ki, Amerikada yetkin insanların 45 faizi peyvəndləri etibarlı hesab etmir.

Hazırda xeyli adam həm özlərinin, həm də uşaqlarının peyvənd olunmasını istəmir.

Dünya Səhiyyə Təşkilatının açıqlamasında deyilir ki, peyvənd tərəddüdü 2019-cu ildə qlobal sağlamlığa yönəlmiş ən böyük 10 təhdiddən biridir.